“Mövqeləri və sursatı Rusiya ordusuna təhvil veririk”- "Vaqner" Baxmutu tərk edir

“Vaqner” öz bölmələrini Artemovskdan (Baxmut) çıxarmağa başlayıb.

Azpost.info xəbər verir ki, “Vaqner” bunu təsdiq edən video yayımlayıb.

Kadrlarda “Vaqner”in qurucusu Yevgeni Priqojin mövqelərini tərk edən döyüşçü qrupları ilə vidalaşır.

Priqojin bildirib ki, mövqelər və döyüş sursatları Rusiya Silahlı Qüvvələrinin hərbçilərinə təhvil veriləcək: “Bu gün Baxmutdan çıxırıq. İyunun 1-dək əsas hissə arxa düşərgələrə köçürüləcək. Biz mövqeləri Rusiya ordusunun hərbçilərinə təhvil veririk”.

Azpost.info

Əvvəlki məqalə

“NATO Rusiyaya qarşı elan olunmamış müharibəyə başlayıb” –

Sonrakı məqalə

Zelenskinin administrasiyası Ukraynanın əks-hücuma başladığını təsdiqləyib