Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm
  • ÖZƏL

Mövsüm dəyişikliklərində sağlamlığı qorumağın yolları

Orkhan Ali 26 Avqust 2025 - 18:30 (Last updated: 26 Avqust 2025 - 17:57)
Xəstəxana

Xəstəxana

Mütəxəssislər hesab edir ki, sürətlə dəyişən hava şəraiti insan sağlamlığına təsirsiz ötüşmür. AzPost xəbər verir ki, həkim Olqa Ulanikina mövsümlərin kəskin dəyişməsi zamanı orqanizmi qorumaq üçün əsas məsləhətlərini bölüşüb.

Onun sözlərinə görə, insan atmosfer təzyiqinə və ya havadakı buludlara təsir edə bilməsə də, öz həyat tərzini idarə etmək gücünə malikdir. Bu baxımdan düzgün yuxu, balanslı qidalanma və fiziki aktivlik orqanizmin xarici təsirlərə qarşı müqavimətini gücləndirir.

Həkim ilk növbədə keyfiyyətli istirahətə diqqət yetirməyi tövsiyə edir. Yuxunun yeddi saatdan az olmaması və hər gün eyni vaxtda yatmaq-vurmağın vacibliyini vurğulayan Ulanikina qeyd edir ki, qaranlıq, sakit və sərin mühitdə yatmaq immuniteti möhkəmləndirir. Əks halda, orqanizm infeksiyalara daha tez yoluxur və bərpa prosesi çətinləşir.

Qidalanmada isə xüsusilə zülal, C və D vitaminləri, sink və omeqa-3 yağ turşularına üstünlük verilməlidir. Bu maddələr toxumaların bərpasına, immunitetin möhkəmlənməsinə və xroniki xəstəliklərin kəskinləşməsinin qarşısının alınmasına kömək edir. Soyuq havalarda isti içkilər, tərəvəz və meyvələrin rasionda artırılması, fəsadlara səbəb ola biləcək fastfud və şəkərin isə azaldılması tövsiyə olunur.

Mütəxəssis həmçinin fiziki aktivliyin əhəmiyyətinə diqqət çəkib. Onun fikrincə, açıq havada hərəkət etmək həm stress hormonlarını azaltmağa, həm də sinir və qan-damar sisteminin işini sabitləşdirməyə kömək edir. Bu zaman hava şəraitinə uyğun geyinmək vacibdir, çünki həm soyuqlama, həm də həddindən artıq isinmə orqanizmə ziyan vurur.

AzPost.az

Post navigation

Previous: 30 minə yaxın abituriyent ödənişli əsaslarla təhsil alacaq –
Next: Laçın Şəhəri Günü münasibətilə qala-konsert təşkil olunub

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

tramp iran
  • Dünya

Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press

User 30 Oktyabr 2026 - 19:12
Vəziyyətlə tanış olan iki diplomatın sözlərinə görə, ABŞ rəsmiləri Yaxın Şərqin bir sıra ölkələrini və regiondakı müttəfiqlərini...
Read more about Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press
“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.