Mövsümi işlərdə işləyən fəhlələrə gündəlik pul nəğd veriləcək –Qanuna dəyişiklik

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödəniş nağd qaydada veriləcək.

Bu, Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti onlayn iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən  “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu ödənişin yuxarı həddi 20 manat məbləğində müəyyən edilir. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dolların 1.70 manatda saxlanılması Azərbaycan üçün çox bahalıdır” –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi