MSK-nın iclası başlayıb- Bir neçə Seçki Dairəsi üzrə müraciətlər DSK-ya göndərildi (YENİLƏNİR)

Mərkəzi Seçki Komissiyasının iclasında daha bir neçə Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, müzakirələrin yekununda 9 saylı Binəqədi İkinci Seçki Dairəsi, 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi, 86 saylı İsmayıllı Seçki Dairəsi, 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə müraciətlərin də araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib. 

*****

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

İclasda 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 46 saylı Şirvan Seçki Dairəsi, 51 saylı Qusar Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib. 

******

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

“Report” xəbər verir ki, sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

*****

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

“Report” xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elazığda yenidən zəlzələ olub

Sonrakı məqalə

“OBA market”in qadın satıcısı bıçaqlandı