“OBA market”in qadın satıcısı bıçaqlandı- Cinayət işi başlanılıb

Bakıda qadın tanışı tərəfindən bıçaqlanıb.

“Report” xəbər verir ki, hadisə fevralın 16-da, saat 08:30 radələrində, Xətai rayonu, General Mehmandarov küçəsi, 39C ünvanında yerləşən “OBA market”də qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Gülnar Əliyeva satıcı işlədiyi “OBA market”də aralarında yaranmış məişət mübahisəsi zəminində tanışı, 1987-ci il təvəllüdlü Taleh Məmmədov tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Sabunçu Kliniki Xəstəxanasına yerləşdirilib və cərrahi əməliyyatı olunub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aprılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK-nın iclası başlayıb

Sonrakı məqalə

MSK 385 videogörüntünü araşdırır