MSK-nın iclası keçirilir- Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki dairəsindən Nurlana Cəlil və Fariz Həsənlinin müraciətinə baxılıb. 

APA-nın xəbərinə görə, bu barədə MSK üzvü Bəxşeyş Əsgərov məlumat verib.

B.Əsgərov bildirib ki, müraciətlər eyni məzmunda olduğundan bir icraatda birləşdirilib: “Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanıb. 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

MSK sədrinin müavini Rövzət Qasımov isə təklif edib ki, həmin dairə üzrə 24 saylı seçki məntəqəsində də seçki günü qanun pozuntuları aşkarlanıb: “Ona görə də təklif edirəm ki, həmin məntəqədə də səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və 24 və 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

*****

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü  İlkin Şahbazov məlumat verib.

İ.Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.

*****

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q.Orucov bildirib ki, araşdırma nəticəsində 34 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.

*****

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

MSK parlament seçkilərinin nəticələrinə bu gün yekun vuracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Si Cinpin:

Sonrakı məqalə

Ərdoğan: