Ərdoğan:“Qardaşım Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” fikrini eyni ilə təkrar etmək istəyirəm”

“Dünən şəhid olan İbrahim qardaşımıza və ondan öncə də şəhid olmuş digər qardaşımıza Allahdan rəhmət diləyirəm”.

APA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında deyib.

Türkiyə Prezidenti Qarabağın Azərbaycan olduğunu vurğulayıb: “Qardaşım Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır” deyib. Bu fikri eyni ilə təkrar etmək istəyirəm”.

Ərdoğan Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinin xeyirli olmasını diləyib, Prezident ilham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəklədiklərini qeyd edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK-nın iclası keçirilir

Sonrakı məqalə

Səhiyyə Nazirliyi: