MSK sədri əsəbləşdi:“Bu Xalq Cəbhəsinin iclası deyil”

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında maraqlı hal yaşanıb.

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən daxil olan müraciətin müzakirəsi zamanı deputatlığa namizədliyi qeydə alınmış şikayətçi Fikrət Cəfərli ona söz verilmədən müzakirəyə müdaxilə edib.

Bu zaman MSK katibi Mikayıl Rəhimov ona irad bildirərək deyib: “Bu Xalq Cəbhəsinin iclası deyil. Mərkəzi Seçki Komissiyasının iclası keçirilir”.

MSK sədri Məzahir Pənahov da şikayətçilərə xəbərdarlıq edərək, onlara söz verilmədən müzakirəyə qoşulmamasını tələb edib. (modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Bakı Nəqliyyat Agentliyinin rəhbərini qəbul etdi:

Sonrakı məqalə

32 saylı seçki dairəsində bir sıra məntəqələrdə nəticələr ləğv olundu