32 saylı seçki dairəsində bir sıra məntəqələrdə nəticələr ləğv olundu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Bu barədə məlumat verən, MSK üzvü İlkin Şahbazov şikayətlərin araşdırılması zamanı bir çox məqamların aydınlaşdığını vurğulayıb.

O qeyd edib ki, 4 saylı seçki məntəqəsininin protokolunda seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular aşkar edilib:

“Bundan əlavə sosial şəbəkələrdə yayılan görüntülərdə də bu kimi hallar əks olunub. Müraciət edən namizədlər seçki dairəsi üzrə ümumi nəticələrin ləğvini tələb ediblər”.

MSK ekspert qrupunun rəyi əsasında dairə üzrə bəzi məntəqələrin ləğv edilməsi təsdiqlənib. Lakin bu ümumi səsvermə nəticələrinə təsir etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK sədri əsəbləşdi:

Sonrakı məqalə

MSK sədri qəzəbləndi: