Müəllim işləmək istəyən əlilliyi olan şəxslər üçün imtahan müddəti artırılacaq

Müəllim işləmək üçün imtahan vermək istəyən əlilliyi olan şəxslər üçün test imtahanın davametmə müddəti artırılacaq.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanda da ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırıldı

Sonrakı məqalə

Bakı zooparkı yenidən qurulduqdan sonra belə olacaq –