Naxçıvanda da ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırıldı- QƏRAR

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib.

Həmçinin bu qərar uşaq baxçalarına da aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ÜST İrana tibbi yardım və altı tibbi heyət göndərib

Sonrakı məqalə

Müəllim işləmək istəyən əlilliyi olan şəxslər üçün imtahan müddəti artırılacaq