Müasir ayaqqabı brendi 300 il əvvəl çəkilmiş portertə necə düşüb? –FOTO

Müasir insanın ayaqlarında Nike markasının idman ayaqqabılarını tez-tez görə bilərsiniz. Bəs 17-ci əsrdə çəkilmiş portretdəki oğlanın ayaqlarında bu ayaqqabı brendi necə ola bilərdi?

Azpost.info bildirir ki, incəsənət həvəskarları  hollandiyalı rəssam Ferdinand Bolun “Oğlanın portreti” adlı tablosuna diqqətlə baxdıqda qəribə məqamı müşahidə ediblər. Bəzi tənqidçilər burada rəssamın 8 yaşlı oğlunun təsvir edildiyini iddia edir, digərləri isə onu şərab satan tacirinin oğlu olduğunu deyirlər.

LADbible nəşru yazır ki, rəsm həvəskarlarının diqqətini oğlan yox, ayaqqabıları çəkib

Portretə baxanlar oğlanın ayaqlarında xarakterik loqosu olan bir cüt qara Nike idman ayaqqabılarını görürlər

Amma portret 1652-ci ildə yaradılıb, idman ayaqqabıları istehsalı edən şirkət isə bundan 312 il sonra – 1964-cü ildə qurulub. Nike ayaqqabılarındakı xarakterik işarə isə daha sonra, 1971-ci ildə ortaya çıxdı.

Twitter və digər sosial şəbəkələrdə uzaq gələcəkdə olacaq bir predmetin keçmişə necə düşdüyünü qızğın müzakirə edirlər. Hətta fantastik zaman səyahətindən də danışılır. Ancaq sənətşünaslar bu cür mübahisələri sakitləşdirirək deyirlər ki, bu, sadəcə uğurlu bir təsadüfdür. Oğlanın ayaqqabılarında qeyri-adi heç nə yoxdur. Gələcəyin ayaqqabıları heç bir halda 300 il əvvələ düşə bilməzdi.

Azpost.info

Əvvəlki məqalə

Masallıda zəlzələ olub

Sonrakı məqalə

Robert De Niro oynadığı obrazın Trampa oxşadığını dedi –