“Müasir müstəmləkəçilər demokratiya və insan haqları şüarları arxasında gizlənirlər”- PUTİN

“BRİKS dövlətləri çoxqütblü dünyanın formalaşmasının tərəfdarları, Qərb ölkələri isə barışmaz əleyhdarlarıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin təşkilatın Cənubi Afrikada keçirilən sammitində videobağlantı vasitəsilə çıxışında deyib.

Putinin sözlərinə görə, BRİKS və onun tərəfdarları həqiqətən balanslaşdırılmış, mümkün qədər geniş dövlətlərin suveren maraqlarını nəzərə alan və müxtəlif inkişaf modelləri üçün imkanlar açan, milli mədəniyyətlərin və adət-ənənələrin müxtəlifliyini qoruyub saxlayan yeni dünya nizamının formalaşmasının tərəfdarıdırlar.

Rusiya lideri bildirib ki, BRİKS heç kimlə rəqabət aparmır və heç kimə qarşı çıxmır: “Lakin o da göz qabağındadır ki, bu obyektiv prosesin, yeni dünya nizamının yaradılması prosesinin barışmaz opponentləri var. Onlar keçmiş birqütblü dünyanı qorumaq üçün hər şeyi edir, beynəlxalq hüquq sistemini heç kimin görmədiyi qaydalara əsaslanan qondarma nizamları ilə əvəz etməyə çalışırlar”.

Putin hesab edir ki, müasir müstəmləkəçilər yaxşı şüarlar, demokratiya, insan haqları arxasında gizlənərək, öz problemlərini başqasının hesabına həll etməyə çalışır, inkişaf etməkdə olan ölkələrdən resursları çəkinmədən çıxarmağa davam edirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.