Müdafiə Sənayesi Nazirliyinin sabiq xidmət rəisi Akif Qorçubəyli vəfat edib

26 Aprel 2020 - 01:23

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Təhlükəsizlik və Mühafizə Xidmətinin sabiq rəisi Akif Qorçubəyli (Alışanov) dünyasını dəyişib. 

MSN-in İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Yaşar İsakov APA-ya xəbəri təsdiqləyib.

Qeyd edək ki, A.Qorçubəyli AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır.

Akif Qorçubəyli bir neçə il əvvəl familiyasını dəyişdirib.  O, əvvəllər DİN-in Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi olub.