Müdafiə naziri Zakir Həsənov Moskvaya gedib –MDB müdafiə nazirləri Şurasının iclası başlanır

Azərbaycanın müdafiə naziri general polkovnik Zakir Həsənov Rusiya paytaxtına səfərə gəlib.

Səfərin məqsədi MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclasında iştirak etməkdir. Sentyabrın 5-də isə Azərbaycan müdafiə naziri “Tank biatlonu” Ordu Idman oyunlarının final mərhələsini izləyəcək.

Qeyd edək ki, MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclası Moskva vilayətinin Kubinka rayonunda yerləşən “Park Patriot” mərkəzində baş tutacaq. Eyni gündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdafiə nazirləri Şurasının iclası keçiriləcək.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bala, yadına gəlir, ata səni zooparka aparmışdı?” –

Sonrakı məqalə

Qızı ərindən boşandığını dedi, ana özünə od vurdu –