Müdafiə nazirinin müavini və digər general vəzifəsindən uzaqlaşdırılıb

Müdafiə Nazirliyinin iki yüksək vəzifəli generalı vəzifələrindən uzaqlaşdırılıb.
Azpost.info bildirir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi.
Vəzifəsindən uzaqlaşdırılan digər məmur isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur. General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi.
Azpost.info
Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Bakıda zibillikdən tapılan körpənin vəziyyəti ağırdır