Müdafiə xərcləri 300 milyon manat artırılır

veteran pulu
veteran pulu

Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 714,8 milyon manat ayrılması proqnozlaşdırılır.

Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.

Beləliklə, müdafiə və milli təhlükəsizlik üzrə xərclərinin büdcədə xüsusi çəkisi 21 faiz olacaq.

Müdafiə və milli təhlükəsizlik üzrə xərcləri 2025-ci illə müqayisədə 318,5 milyon manat, yaxud 3,8 faiz çox olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.