Ukraynaya müdaxilə başlayandan Avropa İttifaqı (Aİ) Rusiyaya enerji resurslarına görə 35 milyard avro ödəyib. Ukraynaya isə cəmi bir milyard avroluq yardım edib.
Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib. “Daha az alqışa və daha çox köməyə ehtiyac var. 1 milyard avro bizə verdiyi enerjiyə görə Putinə hər gün ödədiyimiz puldur. Müharibə başlayandan bəri ona 35 milyard avro vermişik. Müqayisə edin. Ukraynaya silah şəklində verdiyimiz yardımın dəyəri təqribən 1 milyard avrodur”, – Borrel bildirib.
Azpost.info