Müharibə iştirakçılarının uşaqları bağçalara ilk növbədə qəbul olunacaq –

Qanuna dəyişiklik
01 İyun 2021 - 11:17

Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilən uşaqların əhatə dairəsi genişləndirilir.

Bu, “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu kateqoriyaya Vətən Müharibəsi iştirakçılarının uşaqları da daxil edilir.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və bununla əlaqədar əlilliyi olan şəxslərin, tək işləyən valideynlərin, I və II dərəcə əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilir.(APA)