Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir

Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir.

Bu, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənir.

Qeyd edək ki, istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcək.

Qanun qəbul edildikdən sonra 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin sədri Sahibə Qafarova Pakistanda səfərdədir

Sonrakı məqalə

Müharibə iştirakçılarının uşaqları bağçalara ilk növbədə qəbul olunacaq –