Türkiyəyə köçən rusların sayı üç dəfə artıb- RƏQƏMLƏR

2022-ci ildə Türkiyəyə gələn əcnəbilərin sayına görə ruslar birinci yerdədir.

Azpost.info xəbər verir ki, Milli Statistika İnstitutunun məlumatına görə, onlar gələn əcnəbilərin ümumi sayının 25 faizini təşkil edib.

Ümumilikdə Rusiyanın 99 786 vətəndaşı Türkiyəyə köçüb. Bu, 2021-ci illə müqayisədə üç dəfə çoxdur.

İkinci yerdə ukraynalılar qərarlaşıb. 2022-ci ildə bu ölkənin 32 465 vətəndaşı daimi yaşamaq üçün Türkiyəyə gəlib ki, bu da ümumi mühacirlərin 8,1 faizini təşkil edir. 2021-ci ildə bu rəqəm 8545 olub.

İrandan 25976, Əfqanıstandan 21580, İraqdan 19182 nəfər gəlib. Belarusdan gələnlərin sayı 2021-ci ildəki 1820 nəfərə qarşı 2284 nəfər təşkil edib.

Ümumilikdə ötən il xaricdən Türkiyəyə 494 052 nəfər miqrasiya edib. Onlardan 399 643 nəfəri əcnəbi, qalanları geri qaytarılmış ölkə vətəndaşlarıdır.

Azpost.info

Əvvəlki məqalə

FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərləri barəsində həbs qərarı çıxarıldı

Sonrakı məqalə

Qubad İbadoğlu həbs olundu –