Müharibə Ukraynaya 565 milyard dollar ziyan vurub

Rusiyanın işğalı nəticəsində Ukraynanın birdəfəlik itkiləri 564,9 milyard dollara yüksəlib.

Azpost.info xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib. “İtkilərin hesablanmasının iki üsulu var. Birincisi, birbaşa məhvetmə nəticəsində itkilərin qiymətləndirilməsidir. İkincisi də hərbi əməliyyatların təsirindən, o cümlədən iqtisadi vəziyyətin pisləşməsindən yaranan itkilərin hesablanması. İşsizliyin artması, ticarətin qarşısının alınması, istehlak tələbinin azalması və s. də bura daxildir”, – nazir qeyd edib.

Sviridenko iqtisadi itkilərin strukturunu ətraflı təsvir edib: “119 milyard dollar infrastrukturun itirilməsi, 112 milyard dollar ÜDM itkisi, 90,5 milyard dollar mülki əhalinin itkiləri, 80 milyard dollar müəssisə və təşkilatların itkiləri, 54 milyard dollar Ukrayna iqtisadiyyatına birbaşa investisiyaların itirilməsi və 48 milyard dollar dövlət büdcəsinin itkiləri”. Nazir qeyd edib ki, rəqəmlər artmaqda davam edir: “Ukrayna bütün maneələrə baxmayaraq, təcavüzkardan kompensasiya ödənişlərini almağa çalışacaq. Həm məhkəmə qərarı ilə, həm də Rusiyanın dondurulmuş aktivlərinin dövlətimizə ötürülməsi yolu ilə”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.