“Müharibə və münaqişələrin əsas mənbəyi ABŞ-dır”- Çin Müdafiə Nazirliyi

“Bu gün bütün dünya üçün ən böyük təhlükə, həmçinin müharibə və münaqişələrin əsas mənbəyi ABŞ-dır.

Azpost.info xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan brifinqdə bildirib.

O, eyni zamanda Pekini qlobal inkişafa töhfə verən və dünya nizamını qoruyan sülh qurucusu adlandırıb.

“Çin dünya sülhünün qurucusudur, qlobal inkişafa töhfə verir və dünya nizamını qoruyur. Pekin hərbi siyasətin müdafiə xarakterinə ciddi şəkildə riayət edir, öz təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün milli müdafiəni və hərbi modernləşməni gücləndirir, – Syaoqan deyib.

O, ABŞ-ın “Çin kartı” oynamaqla öz problemlərini həll etməyəcəyini əlavə edib. Həmçinin qeyd edib ki, son illər Vaşinqton Pekini yalnız rəqib və təhdid kimi görür.

Syaoqan ABŞ-dan Çin haqqında düzgün təsəvvür formalaşdırmağı tələb edib: “Biz ABŞ-dan Çin haqqında düzgün təsəvvür formalaşdırmasını, Çinin hərbi inkişafına və strateji niyyətlərinə obyektiv və rasional yanaşmasını, iki ölkə və onların hərbçiləri arasında münasibətləri qorumaq, regional sülh və sabitliyi təşviq etmək üçün daha çox işlər görməsini tələb edirik”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.