“Müharibəyə səbəb olsa da, cavab zərbəsi sərt olacaq”- İran Qərbin təklifini rədd etdi

İran ABŞ və ərəb ölkələrinin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə cavabını yumşaltmaq tələblərini rədd edib və İsrailə cavab zərbəsi endirmək niyyətində qərarlıdır.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Eyni zamanda Tehran anlayır ki, sərt cavab müharibəyə gətirib çıxara bilər. Müzakirələrdən xəbərdar olan mənbələr bildiriblər ki, İran rəsmiləri “cavabımızın müharibəyə səbəb olub-olmaması bizi maraqlandırmır” deyə bildiriblər.

Mənbələr qeyd edir ki, Birləşmiş Ştatlar Avropa ölkələrindən və digər müttəfiqlərindən gərginliyin qarşısını almaq üçün İrana mesaj göndərmələrini istəyərək, istənilən böyük zərbənin cavab reaksiyasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onlar bildiriblər ki, İranın yeni prezidenti Məsud Pezeşkianın Qərblə qarşılıqlı əlaqəni yaxşılaşdırmaq səyləri Tehran təmkin nümayiş etdirsə, daha çox şans əldə edəcək.

Daha əvvəl Qərb kəşfiyyat mənbələri “Sky News Arabia” telekanalına bildiriblər ki, İranın Haniyənin öldürülməsinə cavab olaraq İsrailə hücum etməyi planlaşdırdığına dair əllərində dəlillər var. İranın hücumunun “Hizbullah”la koordinasiya ediləcəyi gözlənilir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.