Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Müntəzəm süd içənlərə XƏBƏRDARLIQ

Orkhan Ali 27 İyun 2025 - 21:04 (Last updated: 27 İyun 2025 - 16:11)
sud_icmek_1

Süd insanların ən çox istehlak etdiyi qidalar arasında yer alır və bir çox ölkələrdə hər gün müntəzəm olaraq qəbul edilir. Südün tərkibindəki zəngin qida maddələri insan sağlamlığı üçün bir çox faydaları var. Müntəzəm olaraq süd istehlak edən insanların daha sağlam bir həyat tərzi sürdükləri qeyd olunur.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova açıqlama verib:

“Süd kalsiumun ən zəngin mənbələrindən biridir. Kalsium, sümük və diş sağlamlığı üçün vacibdir və sümüklərin güclənməsinə kömək edir. Həmçinin südün tərkibində olan D vitamini kalsiumun daha yaxşı mənimsənməsini təmin edir. Müntəzəm süd qəbulu, xüsusilə yaşlı insanlarda osteoporoz riskini azaldaraq sümük sıxlığını qoruyur. Eyni zamanda südün tərkibindəki fosfor və maqnezium da sümüklər və dişlər üçün faydalıdır. Südün tərkibindəki yüksək dərəcədə keyfiyyətli zülallar orqanizmin sağlam inkişafına kömək edir. Həmçinin, südün tərkibindəki kalium qan təzyiqinin nizamlanmasına yardımçı olur. Araşdırmalar göstərir ki, süd və süd məhsullarının müntəzəm istehlakı ürək-damar xəstəliklərinin riskini azaldır, çünki onlar qan təzyiqini normallaşdırmağa kömək edir. Südün tərkibindəki bəzi bioaktiv maddələr də damarların sağlamlığını qorumağa dəstək verir. Süd həzm sisteminə də faydalıdır. İçərisindəki probiyotiklər və canlı bakteriyalar bağırsaq florasının yaxşılaşmasına kömək edir və həzm problemlərini aradan qaldırmağa dəstək verir. Müntəzəm süd qəbul edən insanlar xüsusən südün daha yüngül versiyalarını (yoqurt, kefir və s.) istehlak etdikdə bağırsaq sağlamlığını qorumaqda və sindirim proseslərini asanlaşdırmaqda daha müsbət nəticələr əldə edirlər.

Araşdırmalar göstərir ki, müntəzəm süd içən insanlar hətta fiziki fəaliyyət göstərərkən daha yaxşı nəticələr əldə edirlər. Südün bədənə verdiyi zülallar əzələ artımını dəstəkləyərək idmançılara yüksək performans sərgiləməyə imkan verir. Həmçinin, südün tərkibindəki laktoza orqanizmin enerji ehtiyacını qarşılayır və yorğunluğu azaldır.

Südün psixoloji faydaları da qeyd olunur. Süd bədənin rahatlamasına kömək edən triptofan tərkibinə malikdir, bu da insanın daha rahat yatmasına və stress səviyyəsinin azalmasına dəstək olur. Bunun səbəbi triptofanın serotonin istehsalını artıraraq ruhi halı yaxşılaşdırmasıdır”.

Bəs çox süd içməyin hansı zərərləri var?

“Südün faydalarını nəzərə alaraq, hər şeyin çoxunun da zərərli ola biləcəyini unutmamaq lazımdır. Südü həddindən artıq miqdarda istehlak etmək bəzi insanların həzmi ilə bağlı problemlərə, məsələn, laktoza dözümsüzlük kimi reaksiyalara səbəb ola bilər. Süd və süd məhsulları ilə bağlı olan bu cür narahatlıqları yaşayanlar alternativlərə yönələ bilərlər. Məsələn, badam, soya və ya yulaf südü, südün yerini tutan yaxşı alternativlərdən sayılır”.

Qeyd edək ki, müntəzəm süd qəbulu sağlam bədən üçün vacib bir vərdiş ola bilər, amma onun balanslı şəkildə istehlak edilməsi çox önəmlidir.

AzPost.az

Post navigation

Previous: Saç boyaları sonsuzluğa səbəb olur? –
Next: Müharibədə itkin düşmüş Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapılıb

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş naziri Pedro Sançesə və ispan xalqına başsağlığı verib....
Read more about İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.