Saç boyaları sonsuzluğa səbəb olur? - VİDEO
Çexiyada aparılan araşdırmalar zamanı bəzi saç boyalarının sonsuzluğa səbəb olduğu aşkarlanıb.
Məlumata görə, onların tərkibində reproduktiv sağlamlıq üçün təhlükəli olan lilial adlı toksik aldehid var.
Qeyd edək ki, tərkibində lilial adlı maddə aşkarlanan saç boyaları 2023-cü ildən etibarən Avropa İttifaqı ölkələrində zərərli təsirinə görə qadağan olunub.
Bu toksik maddə sonsuzluqla yanaşı, baş dərisində müəyyən problemlərə də yol açır.
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında "Saç boyaları seçərkən nəyə diqqət edirsiniz?" sualı ilə sorğu keçirib.
Sakinlər "Saç boyasının markasına xüsusi diqqət yetirirəm", "Seçməkdə çətinlik çəkirəm. Keyfiyyətinin necə olacağını bilmirəm", "Uzun saçım var idi. Salonlarda boyana-boyana pis vəziyyətə düşdü" kimi fikirlər səsləndiriblər.
Daha ətraflı videomaterialda:
Əlaqəli xəbərlər
-
Bakıda məşhur “Üç gözəl” heykəlini kim oğurlayıb? - “Molokan” bağının 150 illik sirli tarixi
-
Fastfud uşaqların psixi sağlamlığını zəiflədir - Araşdırma
-
Nuhun gəmisi ilə bağlı yeni tapıntı - Türkiyədə 4300 illik qalıqlar aşkarlandı
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
Növbəti xəbər yüklənir...