Müsavat Partiyasından 21 nəfərin deputatlığa namizədliyi təsdiq edilib.
Azpost.info bildirir ki, bu barədə partiyanın bu günkü Divanının iclasında bildirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinin indiki mərhələsi, o cümlədən Müsavat Partiyası namizədlərinin qeydə alınması məsələsi ilə bağlı geniş müzakirə aparılıb.
Müsavat Partiyası namizədlərindən 21 nəfərinin bu günə qədər namizədliyinin təsdiq olunması, digər namizədlərdən bəzilərinin namizədliyinin təsdiq olunması ilə bağlı süni maneələrin yaradıldığı qeyd olunub.