Müsavatçı diş həkiminin evində axtarış aparılıb? –DİN-dən açıqlama

Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahovun evində axtarış aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov APA-ya bildirib ki, iyulun 30-da rayon sakini tərəfindən Xaçmaz RPŞ-yə rayon ərazisində diş texniki kimi fəaliyyət göstərən Bəxtiyar Əmrahovdan şikayət daxil olub.
Şikayətçi bildirib ki, 3 il əvvəl stomotoloji xidmətlər üçün B.Əmrahov ondan 500 (beş yüz) manat pul almasına baxmayaraq heç bir müalicə işi aparmayıb.
Həmin şikayətlə əlaqədar B.Əmrahov rayon polis şöbəsinə dəvət olunaraq, izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir