Müslüm Maqomayev haqqında bədii film hazırdır –Korifey sənətkarın rolunu kim oynayıb? (FOTO)

Rusiyanın “Birinci kanalı”nın (1TV) bu payız mövsümündə televiziya tamaşaçılarına təqdim edəcəyi ekran əsərləri arasında “Maqomayev” bədii serialı da var.

Televiziya serialı dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevə həsr olunub.

Rejissorlar Dmitri Tiurin və Roman Prıqunovun quruluş verdikləri ekran əsərində M.Maqomayevi serbiyalı aktyor Miloş Bikoviç oynayır. M.Maqomayevin həyat yoldaşı – opera müğənnisi Tamara Sinyavskaya rolunda rusiyalı aktrisa, “Miss Rusiya 2010” müsabiqəsinin qalibi İrina Antonenko çəkilib.

Çəkilişləri Bakıda, Rusiyanın Moskva və Zelenoqrad şəhərlərində keçirilən serialın məsləhətçisi SSRİ Xalq artisti Tamara Sinyavskayadır.

Səkkiz bölümdən ibarət bədii serial Müslüm Maqomayevlə Tamara Sinyavskayanın tanışlığı və sevgi hekayətindən bəhs edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İki il Quba xəstəxanasında yaşayan Rusiya vətəndaşı ölkəsinə yola salınıb 

Sonrakı məqalə

Ayaz Mütəllibov Fərman Dəmirkolu təkzib etdi: