“Müxalifət parlament seçkilərinin keçirilməsinə sevinməlidir”

“Ordu ölkənin dayağıdır, ölkənin möhkəmlənməsinə, onun qorunmasına xidmət edir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyü təmin ediləndən sonra başda Ali Baş Komandan olmaqla, ən böyük təbrik Ordumuza düşür.

Siyavuş Novruzov təhlükəsizlik məsələsinə də toxunub: “Əsas ölkələrin təhlükəsizlik məsələsidir. Biz dini, etnik şəkildə qonşu ölkələrdə çaxnaşmaların şahidi oluruq. Bu, böyük ölkələrin oyunudur, ölkələri daxildən parçalamaq və zəiflətmək niyyəti daşıyır. İndi yeni dövr yaşanır, yeni texnologiyalar tətbiq edilir. Böyük dövlətlərdə yeni texnologiyalar tətbiq edilir və bizə ötürülür”.

Komitə sədri parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi məsələsinə də toxunub, qeyd edib ki, müxalifət buna sevinməlidir: “6-cı çağırış Milli Məclis fəaliyyətə başlayandan deyirdilər ki, növbədənkənar parlament seçkiləri olmalıdır, mitinq keçirirdilər. İndi seçki ilə bağlı məsələ ortaya çıxandan tam əks mövqe nümayiş etdirirlər”.

Əvvəlki məqalə

Fələstin lideri Mahmud Abbas Moskvaya səfərə gələcək

Sonrakı məqalə

Milli Məclisin iclası başlanıb