Parlament seçkilərində qalib gəldikdən sonra hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 150 deputat mandatından 89-unu qazanıb.
Azpost.info bildirir ki, bu barədə qanunverici orqanın sədri Şalva Papuaşvili brifinqdə bildirib.
“Müxalifət yalan danışır ki, seçki mandatından əl çəkəcək və parlament legitim olmayacaq. Necə lazımdır qanuni olacaq. Parlament toplaşır və 76 səslə 150 deputatın səlahiyyətlərini tanıyır. Bu məlumatlara əsasən “Gürcü arzusu”nun 89 mandat hüququ var. Beləliklə, 2020-ci ildə olduğu kimi, Gürcüstan parlamenti də toplaşacaq, onun səlahiyyətlərini tanıyacaq və lazım olduğu kimi işləməyə davam edəcək”, – Papuaşvili bildirib.