Müxalifət partiyaları Ermənistanla sülh sazişini müzakirə edib –Prezidentə hansı təklifləri veriblər?

 Müxalifət partiyaları Azərbaycan və Ermənistan arasında hazırlanan sülh müqaviləsini müzakirə edib.

Azpost.info bildirir ki, AMİP-in qərargahında bir araya gələn AMİP, AXP, BAP və AĞ Partiya “Azərbaycan  – Ermənistan: sülh ya müharibə” mövzusunda  dinləmə keçirib.

Azərbaycanın sabiq Baş naziri Pənah Hüseynin verdiyi məlumata görə, partiyalar sülh müqaviləsinin mətninə konkret müddəaların salınmasını təklif ediblər.

Təkliflər sırasında Bura Azərbaycanın ərazi bütövlüyünün 1919- cu il de- fakto tanınma dövründə olduğu kimi 114 min kv.km həddində müəyyən edilməsi və bunun hüdudlarının təsviri, Zəngəzur dəhlizinin marşurut və stausu, Ermənistanın silahsızlaşdırılması, Azərbaycana qarşı revanşist ideologiyanın fəaliyyətinə qadağa qoyulması var.

Müxalifət partiyaları həmçinin Azərbaycana qarşı təcavüzün təşkilatçılarının və müharibə canilərinin cəzalandırılması öhdəliyi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş maddi və mənənvi ziyanın əvəzi olaraq Ermənistanın ərazi verilməsi formasında təzminat ödəməsi,  Qərbi Azərbaycandan deportasiya edilmiş şəxslərin yurdlarına qaytma və mülkiyyət  hüquqlarının tanınması və həlli, Türkiyənin sülh müqaviləsində qarant tərəf kimi iştirakının və imzasının təmin olunması vacib sayıblar.

Siyasi partiyalar Prezident İlham Əliyevin Minsk Qrupu ilə bağlı mövqeyini dəstəkləyiblər. Çıxış edənlər Minsk Qrupu həmsədrlər institutundan imtina edilməsinin məqsədəmüvafiq olduğunu vurğulayıb, Ermənistanın təcavüzü davam etdiyinə görə özünümüdafiə aktı olaraq aparılan prosesi doğru sayıblar. Partiyalar bu baxımdan düşmən ərazisində təcavüz obyektlərinin vurularaq zərərsizləşdirilməsi, sülhə məcburetmə əməliyyatlarının, o cümlədən düşmən ərazisində aparılmasının qanuniliyini qeyd ediblər.

Siyasi partiyalar dövlət və silahlı qüvvələrlə tam milli birliyin nümayişi, düşmən mövqeyi ilə səsləşən psevdopasifist və təslimçi meyllərə qarşı prinsipial mübarizə aparılmasının zəruriliyini  bildiriblər.

Müxalifət partiyaları həmçinin ölkə rəhbərliyindən sülh danışıqları və sülh müqaviləsi mətni barədə informasiya verilməsini istəyiblər.

Azpost.info

Əvvəlki məqalə

“İran blef edir, Azərbaycana hucuma cəsarət etməz” –

Sonrakı məqalə

“Yanlış anlayanlardan üzr istəyirəm”