Müxalifət Lökbatanda mitinq keçirməkdən imtina edib

Milli Şura Lökbatanda mitinq keçirməkdən imtina edib.

Bu barədə  Azpost.info-ya AXCP sədrinin müavini İlham Hüseyn məlumat verib. O, bildirib ki, Milli Şura yenidən toplaşıb müvafiq müzakirələr aparıb qərarını verəcək.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. BŞİH Respublika Stadionunun qarşısında mitinq keçirməsinə razılıq verilməyib. Bunun əvəzində Meriya Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə etiraz etmir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir