Myanmada 7 gün otel xarabalıqları altında qalan adam xilas edilib

Myamma
Myamma

Mandalay şəhərində xilasedicilər 52 yaşlı kişini otelin xarabalıqları altından sağ çıxarıblar. AzPost bildirir ki, yerli televiziya xəbər verir ki, o, 7 gün ərzində dağılmış otelin dağıntıları altında qalıb.

Kişi xüsusi avadanlıq vasitəsilə Çin xilasediciləri tərəfindən tapılıb. O, dağıntılar altından çıxarılaraq həkimlərə təhvil verilib.

Myanma Respublikasında baş verən zəlzələdə 3 mindən çox insan həlak olub, 4700 nəfər yaralanıb. Martın 28-i cümə günü ölkədə güclü zəlzələ baş verib.

Martın 31-dən etibarən ölkədə bir həftəlik matəm elan edilib və aprelin 6-dək davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.