Mədəniyyət Nazirliyinin qəzeti və jurnalı bağlanır

Mədəniyyət Nazirliyinin mətbu orqanları növbəti ilin ilk günündən fəaliyyətini dayandıracaq.

Azpost.info bildirir ki, bu barədə Bakuplus.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Bildirilib ki, mətbu orqanların fəaliyyətini dayandıracağı haqqında artıq işçilərə məlumat verilib.

Azpost.info məlumatla bağlı qəzetlə əlaqə saxlamağa çalışıb. Oradan bildirilib ki, bu barədə dəqiq məlumata malik deyillər.

Mədəniyyət Nazirliyi bununla bağlı hər hansı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, hazırda Mədəniyyət Nazirliyinin iki mətbu orqanı fəaliyyət göstərir. 1991-ci ildən nəşr olunan “Mədəniyyət” qəzeti həftənin çərşənbə və cümə günləri çıxır. “Mədəniyyət” jurnalı isə ildə altı dəfə işıq üzü görürdü.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.