Amerikalı milyarder İlon Mask Roma Papası Fransisklə görüşüb.
Azpost.info xəbər verir ki, o, bu barədə “Tvitter” hesabında məlumat verib.
Mask görüşün onun üçün böyük şərəf olduğunu yazıb, həmçinin Papa ilə birgə fotosunu dərc edib. Onlarla birlikdə Maskın dörd övladının da fotosu çəkilib.
İtaliyanın “La Repubblica” qəzetinin məlumatına görə, bu, 40 dəqiqə davam edən şəxsi görüş olub. Görüş Vatikanda Müqəddəs Marfa Evində keçirilib.
Söhbət zamanı amerikalı iş adamı və Papa ekoloji problemləri və bəşəriyyətin gələcəyini müzakirə ediblər.
Azpost.info