Mənzil bazarında qiymətlər niyə artır? –VİDEO

Son zamanlar mənzil bazarında qiymətlərin artdığı müşahidə olunur.

Əmlakçıların sözlərinə görə, hazırda bazarda qiymətlər orta hesabla 10 faiz artıb.

“Keçən il Nərimanov rayonunda 210 min manata satılan mənzillərin qiyməti indi 250 min manatdır. Süni qiymət artımıdır, ölkədəki bahalaşma ilə əlaqəsi yoxdur”, – deyə mövzu ilə bağlı açıqlamasında makler deyib.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, qiymət artımı əsasən ipoteka şərtlərinə uyğun olan mənzillərdə müşahidə edilir. Onun sözlərinə görə, sahəsi böyük olan mənzillərdə son beş ay ərzində ciddi qiymət artımı qeydə alınmayıb.

Ekspert əlavə edib ki, şəhər daxilində aparılan abadlıq və söküntü işləri, xüsusilə köhnə və fərdi yaşayış evlərinin plana düşməsi bir çox vətəndaşların Bakıətrafı ərazilərə köçməsinə səbəb olub. Bu amil isə paytaxta yaxın qəsəbə və kəndlərdə mənzillərə tələbatı artıraraq qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.

Daha ətraflı Baku TV-nin süjetində:

https://youtu.be/lkQSDtQ4Tp8

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.