“Mərkəzi Azəri” platformasından 1 mlrd. bareldən artıq neft hasil edilib

“Azəri-Çıraq-Günəşli”(AÇG) yatağının tammiqyaslı işlənməsi çərçivəsində 2005-ci ildə istismara verilən “Mərkəzi Azəri” platformasından 1 iyul 2024-cü il tarixinədək 1,11 mlrd. barel neft və 85,95 mlrd. kubmetr səmt qazı hasil edilib.

SOCAR-dan verilən məlumata görə, AÇG-nin tammiqyaslı işlənməsi çərçivəsində 2005-ci ildə istismara verilən “Mərkəzi Azəri” Bakıdan 100 km şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 m olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış platformasıdır.

“1 iyul 2024-cü il tarixinədək AÇG yatağından hasil olunan neftin 25,22%-i, səmt qazının isə 38,56%-i “Mərkəzi Azəri” platformasının payına düşüb”, – məlumatda qeyd olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.