Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Məşhur aparıcı Xose Bernardo narkotikə necə qurşandı?

Orkhan Ali 22 Yanvar 2025 - 08:45 (Last updated: 21 May 2025 - 20:15)
f3be9e9ffccdb7db0705cebfa3bd4cc9_IMG_20250121_231003

“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında narkotikdən əziyyət çəkən Xose Bernardo pis vərdişinin onun həyatındakı mənfi təsirlərindən bəhs edib.

Ətraf mühitin insanın həyatında önəmli yer tutduğunu söyləyən Xose Bernardo bildirib ki, onun narkotik maddədən istifadə etməsində ətrafındakı insanların rolu olub:

“Məni hər gün məclislərə, klublara dəvət edirdilər. Yanımda bir xanım narkotikdən istifadə etdi. Bu zaman elə vəziyyət yarandı ki, mən də ondan istifadə etməli oldum. Üç ay o xanımla bərabər oldum, sonra gördüm ki, artıq narkotikdən asılıyam. Bunun pis yol olduğunu bilirdim, amma həmin dövrdə insan sağlam düşüncəyə sahib olmadığı üçün vəziyyəti tam dərk etmir. Sonra elə dostlarım oldu ki, narkotik istifadəçisi olduğumu öyrənəndə məndən uzaqlaşdılar, buna görə onları qınamıram”.

X.Bernardo ailəsinin onun narkotik istifadəçisi olduğunu öyrənən zaman verdikləri reaksiyadan danışıb.

“Evdəkilərə bunu etiraf edəndə çox pis reaksiya verdilər, məndən belə bir şey gözləmirdilər. Amma həmin dönəmdə şahid oldum ki, insanın pis günündə də, yaxşı günündə də ona dayaq olan ailədir. Sonra qısamüddətli müalicələr aldım. Fasilələrlə beş il narkotikdən istifadə etmişəm. Son bir ildə gördüm ki, bu yolda olan insanlar ya cəzaçəkmə müəssisəsindədirlər, ya dünyalarını dəyişiblər, ya da elə vəziyyətdədirlər ki, o hala düşməyi qüruruma sığışdırmadım. Bu an uçuruma getdiyimi gördüm. Narkotikə görə karyeramın ən yaxşı vaxtlarını, gözəl dostlarımı, ailəmin etibarını itirdim”, – deyə o söyləyib.

Post navigation

Previous: Fransa yenidən Bəşər Əsədin həbsinə order verdi
Next: Gənc qızının ölümünə dözə bilməyən ata infarkt keçirdi

Oxşar xəbərlər

ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41
serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.