Məşhur hind filmi “Disko rəqqası”nın bəstəkarı vəfat edib

 

Bollivudda “diskoteka dövrü”nün klassiki hesab edilən tanınmış hind bəstəkarı və müğənnisi Bappi Lahiri (əsl adı Alokesh Lahiri) 69 yaşında vəfat edib.

Bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat verib.

Klinikadan bildirilib ki, onun ölüm səbəbi yuxuda nəfəsinin dayanması olub.

Lahiri hind kino musiqisində disko üslubunun yaradıcısı hesab edilir. O, 1970-1980-ci illlərdə çəkilmiş bir çox filmin bəstəkarı olub. Lahiri “Disko rəqqası”, “Oyna, oyna”, “Sevgi ,sevgi, sevgi” kimi keçmiş SSRİ və Azərbaycanda da sevilən filmlərin musiqisinin müəllifidir. Bu filmlərdə bəzi mahnıları o özü ifa edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir