Məşhur “Universal Pictures” kino şirkəti Rusiyanı tərk edib

“Universal Pictures” kino şirkəti Rusiyadakı ofisini bağlayacaq və ölkəni tərk edəcək.

Bu barədə “Bulletin of the Film Distributor” portalında məlumat verilib.

Qeyd edilib ki, “Universal Pictures” kino şirkəti bundan əvvəl kinoteatrlara bir neçə ay ərzində fəaliyyətinin məhdudlaşdırılacağı barədə mesaj göndərib. Məktubda bildirilib ki, şirkət Rusiyada fəaliyyətini dayandırmaq qərarına gəlib, çünki xarici şirkətlərin üzləşdiyi çoxsaylı çətinliklər səbəbindən işləmək qeyri-mümkün olub.

Xatırladaq ki, “The Walt Disney Company” və “Paramount” Rusiyada fəaliyyətlərini dayandırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.