Nə qədər çox hərəkət etsək, bir o qədər çox yaşayarıq – Mütəxəssis TÖVSİYƏSİ

Davamlı fiziki fəaliyyət insanı müxtəlif ürək-damar xəstəliklərindən, şəkərli diabetdən və xərçəngin bəzi formalarından qoruya bilər.

Azpost.info xəbər verir ki, bunun səbəbi qanın mütəmadi olaraq dövran etməsidir. Mütəxəssislər əmindir ki, aktiv həyat tərzi sözün əsl mənasında “saatı geri çevirə” bilər.

“Nə qədər çox hərəkət etsək, bir o qədər çox yaşayırıq. Aktiv qan dövranı sayəsində orqanların qidalanması daha yaxşı və səmərəli olur. İnsanlar həyatları boyu fiziki cəhətdən aktiv qalmaq üçün təkamül edirlər. Buna görə də, hərəkət, orta dərəcədə idman edərək, sözün əsl mənasında “saatı geri çevirə” bilərsiniz. Bir çox araşdırmalar göstərir ki, aktivlik sağlamlığın tədricən pisləşməsini ləngidir və ürək-damar xəstəliklərindən, 2-ci tip diabetdən və hətta bəzi xərçəng növlərindən qoruyur”, – mütəxəssislər deyir.

Onların sözlərinə görə, insan orqanizmində fiziki aktivlik dövründə qığırdaq toxumalarının bərpası, mikroçatların sağalması, antioksidantların və iltihab əleyhinə molekulların ayrılması kimi bərpa mexanizmləri işə düşür. Hüceyrə və DNT bərpası prosesləri diabet, piylənmə, xərçəng, osteoporoz, Alzheimer xəstəliyi, depressiya və ümumiyyətlə, vaxtından əvvəl ölüm riskini azaldır.

Mütəxəssislər eyni zamanda bildirirlər ki, fiziki aktivliyin olmaması səbəbindən bir çox xəstəliklər yarana və ya daha da mürəkkəbləşə, ömür uzunluğu xeyli azala bilər: “Aydındır ki, oynaqları çox yükləməyə ehtiyac yoxdur. Məsələn, yaşlı bir insanın vərdişdən kənarda 100 km velosiped sürməsi arzuolunmazdır. Hətta gənclik illərində belə təcrübələr aparmağa ehtiyac yoxdur. Həmişə diqqətli olmaq, həm də hərəkət etmək lazımdır”.

Azpost.info

Əvvəlki məqalə

Dünya birjalarında neft ucuzlaşıb

Sonrakı məqalə

Məşədi Dadaş məscidinə bir neçə imam təyin edilməsi nəzərdə tutulub