Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,48 dollar azalaraq 76,96 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,49 dollar ucuzlaşaraq 73,22 dollar təşkil edib.

Əvvəlki məqalə

Sabahdan birinci siniflərə şagird qəbuluna başlanılır

Sonrakı məqalə

Nə qədər çox hərəkət etsək, bir o qədər çox yaşayarıq