Nəqliyyat vasitələri əmlak vergisinə cəlb edilirmi?

Vergi qanunvericiliyinə görə nəqliyyat vasitələrinə əmlak vergisi tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə əsasən müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (o cümlədən nəqliyyat vasitələri) əmlak vergisinin vergitutma obyektini təşkil edir. 2022-ci il yanvarın 1-dən müəssisələrin balansında olan nəqliyyat vasitələri üçün əmlak vergisi hesablanılıb ödənilməlidir.

Eyni zamanda, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri əmlak vergisindən azaddır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.