Nərimanov rayonunda anbar yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu İslam Abışov küçəsində yerləşən anbarda yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, yanğının sahəsi təqribən 250 kvadratmetr təşkil edir. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dağlıq Qarabağ Azərbaycan ərazisidir, İlham Əliyev Qafqazın ən uğurlu siyasətçisidir” –

Sonrakı məqalə

Bakı, Sumqayıt və Abşeron üzrə dekabrın pensiyaları ödənilib