Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü tutulub

 

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, fevralın 10-da A.Nemətulla küçəsində Bakı şəhər sakini T.Kazakın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerindən yayınmış moped sürücüsü, paytaxt sakini R.Əsgərov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar zərfi hazırlayıb

Sonrakı məqalə

Azərbaycanda daha 4 449 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib