“Nəzərə çarpacaq dəyişikliklər baş verməyib”- Lavrov Qarabağ münaqişəsinin nizamlanmasından danışdı

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nəzərə çarpacaq dəyişikliklər baş verməyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər naziri vəzifəsini icra edən Sergey Lavrov deyib.

Onun sözlərinə görə, kiçik addımların həyata keçirilməsində irəliləyişlər var.

Lavrov qeyd edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində və cəbhə xəttində nisbi sakitlik hökm sürür.

“Yerevanla Bakı arasında qaynar xətt fəaliyyət göstərir. Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Zaven Karapetyan və Elvin İbrahimov qaytarılıb. Digər saxlanılanlarla bağlı iş aparılır. Bu prosesə Beynəlxalq Qızıl Xaç Komitəsi cəlb olunub.  Lakin hələlik münaqişənin həlli məsələsində heç bir ciddi irəliləyiş əldə edilməyib. Bu, İrəvana və Bakıya son səfərlərim zamanı da müzakirə edilib. Yaxın gələcəkdə tərəflər arasında əsaslı bir söhbətin davam edəcəyinə ümid var. Öz tərəfimizdən, Minsk qrupundakı fransalı və amerikalı həmkarlarımızla birlikdə lazımi köməyi göstərəcəyik”, – deyə o, vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kamran Əliyev yenidən BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin edilib

Sonrakı məqalə

AMB-də üç baş direktor təyin olunub