“Nadir Şah gədəbəylidir” –BDU-nun professorundan açıqlama

“Əfşarlar imperiyasının qurucusu Nadir Şah gədəbəyli olub”.
Azpost.info iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov AMEA-da keçirilən müzakirələr zamanı deyib.
O, bu fikrini kitablardan birinə istinad etdiyini söyləyib. Professor həmçinin vurğulayıb k, Gədəbəydə Nadir Şah tərəfindən inşa edilən Şahzadə bulağı da mövcuddur.
Müzakirələr zamanı akademik Nizami Cəfərov professorun fikirlərinə düzəliş edib və bildirib ki, Nadir Şah gədəbəyli deyil, gədəbəylilər Əfşardır.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru Güllü Yoloğlu isə bildirib ki, Nadir şahın anası ayrım tayfasından olub.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.