“Napoli” – “Qarabağ” oyunu üçün biletlər bu gün satışa çıxır –QİYMƏT

“Napoli” – “Qarabağ” oyunu üçün vauçerlər bu gün satışa çıxır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Qarabağ” FK matçını “Stadio Diego Armando Maradona”da izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.
Bu barədə “Qarabağ” klubunun məlumatında deyilir.
Biletlərin qiyməti: 110 manatdır.
 Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azərbaycanlı azarkeşlər üçün “Stadio Diego Armando Maradona”da 2480 yer ayrılıb.  Ayrılmış sektorlara giriş “Gate 26” vasitəsilə olacaq.
Biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-ı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.