Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşıb

User 18 Noyabr 2024 - 12:47 (Last updated: 21 May 2025 - 20:15)
nar01

Sərfəlilik strategiyası ilə yanaşı, sosial məsuliyyət prinsiplərinə də önəmlə yanaşan “Nar”ın dəstəyi ilə jurnalistlər üçün təşkil olunan ekologiya mövzusunda beynəlxalq təlim uğurla yekunlaşıb.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkil etdiyi təlimin sonunda iştirakçılara beynəlxalq eko-sertifikatlar təqdim edilib. Təlim nəticəsində media nümayəndələri COP29 konfransında daha hazırlıqlı iştiraklarını təmin ediblər.

İki gün davam edən onlayn sessiyalardan sonra təlimin son günündə təlimçi – ekologiya mövzusu üzrə beynəlxalq ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara jurnalistlərlə səhər yeməyində görüşüb. Görüş zamanı Lara və media əməkdaşları ölkəmizin ev sahibi olduğu COP29 konfransı ilə bağlı müzakirələr aparıb, təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, 3 gün davam edən təlimdə media nümayəndələrinə qlobal istiləşmə, iqlim dəyişikliyi layihələrinin hazırlanması və büdcə idarəetməsi barədə geniş məlumat verilib. Bu biliklər jurnalistlərin hazırda davam edən COP29 konfransında müzakirə olunan mövzulara daha dərindən yanaşmalarına və ekoloji mövzuları mediada peşəkar şəkildə işıqlandırmalarına imkan yaradıb.

“Nar” bu təşəbbüsü ilə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə və iqlim dəyişikliyi ilə mübarizədə medianın maarifləndirici roluna dəstəyini nümayiş etdirir. Mobil operatorun korporativ sosial məsuliyyət çərçivəsində gerçəkləşdirdiyi bütün layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

Post navigation

Previous: Ölkədə gələn il inflyasiya 5.8 faiz olacaq
Next: Dövlət zəmanəti ilə xarici borcların artırılması əsaslandırılmayıb –

Oxşar xəbərlər

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ƏSAS FOTO 800x500 (15)
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
memur33
  • Media

Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq

User 17 Noyabr 2026 - 00:23

xƏBƏR

paşinyan
  • Dünya

Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi?

User 18 Noyabr 2026 - 16:57
Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinin praktiki mərhələsinə başlayır. Kommunikasiya xətlərinin çəkilməsi üçün zəruri olan uzunluqda sərhədin cənub...
Read more about Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi?
Putin və Tramp Çində ayaqüstü söhbət edib – VİDEO putin tramp
  • Dünya

Putin və Tramp Çində ayaqüstü söhbət edib – VİDEO

User 18 Noyabr 2026 - 16:42
Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb? eliller
  • Baş Yazı

Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?

User 18 Noyabr 2026 - 15:46
Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA 4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir? amazonka tayfa
  • Maraqlı

Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?

User 18 Noyabr 2026 - 15:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.